UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.
A Liqasının 1-ci qrupunda Türkiyə millisi Belçikaya 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında isə İtaliya evdə Fransanı 3:1 hesabı ilə məğlub edib.
A Liqasının 3-cü qrupunda İspaniya səfərdə Çexiyaya 2:0, İngiltərə isə doğma meydanda Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib.
C Liqasında keçirilən görüşlərdə Ermənistan Kiprlə 1:1 hesablı heç-heçə edib. Monteneqro Latviyanı 2:1, Albaniya Finlandiyanı 2:0, Belarus isə San Marinonu 2:0 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
12 noyabr
A Liqası, 1-ci qrup
21:00. Türkiyə – Belçika 1:2
23:45. İtaliya – Fransa 3:1
A Liqası, 3-cü qrup
23:45. Çexiya – İspaniya 0:2
23:45. İngiltərə – Xorvatiya 2:1
C Liqası, 1-ci qrup
23:45. Albaniya – Finlandiya 2:0
23:45. San Marino – Belarus 0:2
C Liqası, 2-ci qrup
21:00. Ermənistan – Kipr 1:1
23:45. Monteneqro – Latviya 2:1

https://qelebe.az//uploads/photo/uefa-milletler-liqasinin-qrup-merhelesinde-v-tura-start-verilib-neticeler.webp











