Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub
Bakıda eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.
QELEBE.AZ xəbər verir ki, noyabrın 11-12-də Bakı İdman Sarayında keçirilən yarışda 12 ölkədən 77 idmançı (52 kişi, 25 qadın) mübarizə aparıb.
Doqquz kişi cüdoçu ilə təmsil olunan Azərbaycan millisi qitə çempionatını 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Coşqun Əliyev (60 kq) və Xalid Məmmədov (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Aydın Əzizov (81 kq) gümüş, Eltun Məmmədov (73 kq) isə bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan komandası kişilərin medal sıralamasında ikinci yeri tutub. İlk pillədə 2 qızıl, 4 gümüş və 5 bürünc medal qazanan Rusiya, üçüncü yerdə isə 2 qızıl medalla Fransa qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Deflimpiya Komitəsi 2023-cü il oktyabrın 13-də eşitmə qabiliyyəti məhdud şəxslərin idmana cəlb olunması və sosial həyata inteqrasiyasına dəstək məqsədilə yaradılıb.

https://qelebe.az//uploads/photo/millimiz-bakida-kechirilen-avropa-chempionatini-ikinci-basha-vurub.webp