“Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırdı
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Maykl Kerriklə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə təmsilçisi 45 yaşlı mütəxəssislə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Komandanın uğursuz nəticələri rəhbərliyin bu qərarında əsas rol oynayıb. Belə ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi ilk 10 oyunun yalnız birində qələbə qazanıb.
Klubun yeni baş məşqçisi postuna əsas namizəd Maurisio Poçettinodur. Argentinalı mütəxəssislə danışıqlarda irəliləyiş əldə olunduğu bildirilir.
Qeyd edək ki, Maykl Kerrik 2026-cı ilin yanvarında “Mançester Yunayted”in baş məşqçisi təyin olunub. Mayın 22-də isə onunla 2028-ci ilə qədər müqavilə imzalanıb.

https://qelebe.az//uploads/photo/manchester-yunayted-bash-meshqchisi-ile-yollarini-ayirdi.webp