“Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
“Qalatasaray”ın vitse-prezidenti Mehmet Cibara komandanın futbolçuları Viktor Osimhen və Rafael Leaonun zədələri ilə bağlı açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, klub rəsmisi hər iki futbolçunun zədəsinin meydançanın vəziyyəti ilə əlaqəli olmadığını bildirib.
“Rafael Leaonun zədəsinin meydança ilə heç bir əlaqəsi yoxdur. Onun zədəsi tamamilə başqa səbəbdən yaranıb. Osimhenin zədəsi də meydança ilə bağlı deyil. Onun zədəsi xroniki xarakter daşıyır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmirəm”, – deyə Cibara bildirib.

https://qelebe.az//uploads/photo/qalatasarayin-vitse-prezidenti-osimhenin-zedesi-xroniki-xarakter-dashiyir.webp