Azərbaycan millisi Monteneqroya böyük hesabla məğlub oldu

Azərbaycan millisi Monteneqroya böyük hesabla məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda Monteneqro yığması ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı “Voydovaç” stadionunda keçirilən qarşılaşma millimizin 2:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bununla da Azərbaycan yığması UEFA U-19 Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 14-də Serbiyaya qarşı keçirəcək. Komandamız noyabrın 17-də isə Farer adaları ilə üz-üzə gələcək.