Lixtenşteyn – Azərbaycan matçının hakimləri bəlli oldu

Lixtenşteyn – Azərbaycan matçının hakimləri bəlli oldu

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, D Liqasının matçını Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi FIFA referisi Kristo Tohver olacaq. Ona həmyerliləri Silver Koiv və Sander Saqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR hakimi Marko Liva, AVAR hakimi isə Yuri Frişer olacaq.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan matçı noyabrın 13-də Vaduts şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.