“Fənərbaxça”da növbəti vida – Dirk Kuytla yollar ayrıldı
Türkiyənin “Fənərbaxça” klubu niderlandlı məşqçi Dirk Kuytla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 46 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Kuyt İsmayıl Kartalın istefasından sonra müvəqqəti olaraq komandanın başına keçmişdi. Onun rəhbərliyi altında “Fənərbaxça” Türkiyə Super Liqasında “Göztəpə”yə 1:2 hesabı ilə uduzub, UEFA Çempionlar Liqasında isə “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Fənərbaxça” baş məşqçi postuna Emre Belözoğlu təyin olunub.

https://qelebe.az//uploads/photo/fenerbaxchada-novbeti-vida-dirk-kuytla-yollar-ayrildi.webp