Türkiyə klubunda ayrılıq - RƏSMİ
"Alanyaspor" klubu baş məşqçi Joao Pereyra ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
42 yaşlı portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Joao Pereyra 2025-ci ilin martında "Alanyaspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Super Liqada 11 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

https://qelebe.az//uploads/photo/turkiye-klubunda-ayriliq-resmi.webp