“Turan” Çempionlar Liqasının qrup mərhələsində - YENİLƏNİB
Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 18:00-da başlayıb.
Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib.

https://qelebe.az//uploads/photo/turan-chempionlar-liqasinin-qrup-merhelesinde-yenilenib.webp