Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə "Sabah"ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb edilib.
Qeyd edək ki, U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.

https://qelebe.az//uploads/photo/azerbaycanin-u-20-millisinin-heyetinde-deyishiklik-olub.webp