9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib

9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib

Misli Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Zirə" – "Qəbələ" oyununda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edilib.

QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı, "Zirə" və "Qəbələ" futbol klublarının dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər. Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.

Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.