Ervins Perkons: “İstədiyimiz bu deyildi”
Misli Premyer Liqasının XI turunda "İmişli" "Sumqayıt"ı qəbul edib - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin məşqçisi Ervins Perkonsun mətbuat konfransı keçirilib.
"Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabərsəviyyəli oyun getdi. Matç planlaşdırdığımız kimi getmədi. Xüsusilə də, birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissə daha yaxşı oynadıq. 100 faizli qol epizodumuz olmadı, amma şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi. Futbolçuların performansından razıyam".
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun nə düşünürsüz? Yevlaxda rəqiblərin sizə qalib gələ bilməməsi nə ilə əlaqədardır?
- Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi, artıq qalib gəlməyə başladıq. Məncə, hər şey oyunçuların meydanda qoyduğu performansdan asılıdır, motivasiyaları yüksəkdir. Bizim bunu oyunçulara borcludur, fanatlardan da çox şey asılıır. Onlara təşəkkür edirəm. Bəlkə də ola bilər ki, süni örtüklü meydança bəzi komandaları narahat edir. Onlar buna öyrəşməyiblər. Üstəlik, uzun yol qət edirlər. Ancaq düşünürəm ki, hər şey işləməkdən asılıdır.

https://qelebe.az//uploads/photo/ervins-perkons-istediyimiz-bu-deyildi.webp