Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyə yüksəlib
Yunanıstanın Krit adasının Hersonissos şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında V tur başa çatıb.
QELEBE.AZ xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyunun hamısında qələbə qazanaraq 5 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.
18 yaşadək oğlanların yarışında Tunar Davudov liderdir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.
Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (U-18) və Şəmsi Qaraxanov (U-14) da ilk onluqda yer alaraq medal şanslarını qoruyurlar.
Bu gün çempionatda istirahət günüdür.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-shahmatchisi-avropa-chempionatinda-liderliye-yukselib.webp