Bir qol hər şeyi dəyişdi – “Boka Xuniors” Argentinada çempion oldu
Argentinada çempionluq mübarizəsi dramatik sonluqla yekunlaşıb.
Apasport.az xəbər verir ki, “Boka Xuniors” ölkə çempionatının son turunda “Defensa Xustisiya”nı 1:0 hesabı ilə məğlub edib.
“La Bombonera”da keçirilən görüşün taleyini 90+6-cı dəqiqədə “Fənərbaxça”nın sabiq futbolçusu Enner Valensiya həll edib. Lautaro Di Lolyonun ötürməsini dəqiq zərbə ilə tamamlayan 37 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.
Bu nəticədən sonra “Boka Xuniors” ümumi turnir cədvəlində 63 xalla birinci yeri tutaraq çempion olub.
Gecənin diqqətçəkən hadisələrindən biri isə “Rosario Sentral” azarkeşlərinin vaxtından əvvəl çempionluq sevinci yaşaması olub. Komandanın 2:0 hesablı qələbəsindən sonra azarkeşlər çempion olduqlarını düşünərək meydana axışıblar və bayram etməyə başlayıblar.

https://qelebe.az//uploads/photo/bir-qol-her-sheyi-deyishdi-boka-xuniors-argentinada-chempion-oldu.webp