“Fənərbaxça” Belözoğlu ilə darmadağınla başladı

“Fənərbaxça” Belözoğlu ilə darmadağınla başladı

“Fənərbaxça” Türkiyə çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Çorum”la qarşılaşıb.

Görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbaxça” rəqib qapısından 5 cavabsız top keçirərək böyükhesablı qələbəyə imza atıb.

Qonaqların heyətində Meyson Qrinvud (və İrfan Can Kahveci dubla imza atıblar. Digər qolu isə Oğuz Aydın vurub.

Bu, baş məşqçi Emre Belözoğlunun “Fənərbaxça”nın sükanı arxasında ilk oyunu olub.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça” xallarının sayını 19-a çatdırıb. Növbəti turda İstanbul klubu “Kocaelispor”un qonağı olacaq.