AFFA Region Liqasına yeni formatda start verilib

AFFA Region Liqasına yeni formatda start verilib

AFFA Region Liqasının 2026/2027 mövsümünə yeni formatda start verilib.

Apasport.az xəbər verir ki, noyabrın 7-dən 9-dək AFFA Futbol Layihələri Şöbəsinin rəhbərliyi və Regional Futbol Federasiyalarının iştirakı ilə keçirilən ilk turun oyunlarında 70-dən çox komanda mübarizə aparıb.

Bu mövsüm Bakı, Mərkəz, Şimal, Cənub, Qarabağ, Şimal-Qərb və Qərb regionları ilə yanaşı, uzun fasilədən sonra Naxçıvan komandaları da yarışa qoşulub.

Qeyd edək ki, AFFA Region Liqası 2027-ci ilin may ayınadək davam edəcək. İlk turun oyunlarında qeydə alınan nəticələr: Bakı regionu Ramana FK – City Baku 6-4 Capital Baku – Fencing İK 1-3 Xan Çinar FK - İRS FK 2-3 İnşaatçı PİK – Cənclər Birliyi Bakı PFK 0-5 Əmirli FK – İCBFA 13-0 Lokomotiv Baku FK – Xəzər Binəqədi 1-4 Caspian FC - Cəngi 0-1 Qarabağ regionu Naftalan Gəncləri FK – Laçın PFK 7-0 Naftalan FK – Pambıqçı FK 2-1 Goranboy OİK FK – Ərgünəş-Füzuli 0-5 Naxçıvan regionu Sədərək FK – Sirab FK 0-11 Babək FK – Altay FK 0-1 Əlincə FK - Ordubad FK 7-2 Xok FK – Arpaçay FK 0-1 Cənub regionu Kürsəngi FK – Zəfər 44 13-0 Viləş PFK – Cəlilabad FK 1-1 Biləsuvar FK – Xıdırlı Salyan FK 7-1 Şimal regionu Qaradağ Şıxlar – Ələt FK 0-5 Xudat City – Qobu PFK 4-1 Qobustan FK - Vətən Naminə 2-2 Universal FA – Mübariz (Binə) FK 6-1 Mərkəz regionuOlimpik Sabirabad – Mil İK 2-2 Aran FK (Beyləqan) – Sabirabad FK 4-0 Mərcanlı FK – Araz (İmişli) 5-1 Məzrəli FK – İnşaatçı FK 0-7 Şimal-Qərb və Qərb regionları Ərəş Sporting – Göygöl FK 1-2 Göyəzən PFK – Balakən FK 2-2 Gənclik (Şəki) – Şəfəq FC 0-3 VT Gəncə FK – Qovlar PFK 2-4