Qelebə.az / “Turan” Çempionlar Liqasının qrup mərhələsində - YENİLƏNİB

“Turan” Çempionlar Liqasının qrup mərhələsində - YENİLƏNİB

Bu gün, 11:23

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 18:00-da başlayıb.

Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib.

Geri qayıt