23 yaşlı müdafiəçi daha 5 il “Latsio”da - RƏSMİ
“Latsio” müdafiəçisi Romano Floriani ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Floriani 2016-cı ildə “Roma”nın akademiyasından “Latsio”ya keçib. O, cari mövsüm A Seriyasında 9 oyuna çıxıb və 1 qol vurub.

https://qelebe.az//uploads/photo/23-yashli-mudafiechi-daha-5-il-latsioda-resmi.webp