Azərbaycan millisi Almaniya ilə bacarmadı

Azərbaycan millisi Almaniya ilə bacarmadı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə başlayıb.

QELEBE.AZ xəbər verir ki, Emin Mustafayevin rəhbərlik etdiyi komanda ilk turda Almaniya yığması ilə üz-üzə gəlib.

Səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi 2026/2027 mövsümü üzrə Avropa çempionatının I seçmə raundunda növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək.