“Fənərbaxça”nın ulduzu Türkiyəyə qarşı oynamayacaq
Belçika millisinin hücumçusu Romelu Lukaku UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
QELEBE.AZ xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.
“Fənərbaxça”da çıxış edən futbolçunun omba nahiyəsində yüngül zədəsi var. Bu səbəbdən 33 yaşlı hücumçunun Türkiyə ilə qarşılaşmada riskə atılmaması qərara alınıb.
“Romelu Lukaku Türkiyə – Belçika matçında oynaya bilməyəcək. Onun omba nahiyəsində yüngül problem var. Futbolçunun ən yaxşı şəraitdə müalicə olunması üçün ehtiyat tədbiri olaraq Belçikada qalmasına qərar verilib. Tibbi heyət onu bazar günü keçiriləcək oyuna hazır vəziyyətə gətirmək üçün əlindən gələni edir”.
Qeyd edək ki, Türkiyə – Belçika qarşılaşması noyabrın 12-də İzmirin “Gürsel Aksel” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belçika millisi noyabrın 15-də isə İtaliyanı qəbul edəcək. Lukakunun həmin matçda iştirakı zədəsinin vəziyyətindən asılı olacaq.

https://qelebe.az//uploads/photo/fenerbaxchanin-ulduzu-turkiyeye-qarshi-oynamayacaq.webp