FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, voleybolçular Portuqaliyada yerli “Sportinq” klubunu ilə gərgin keçən qarşılaşması “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bakıda keçirilmiş ilk oyunda rəqib eyni hesabla qalib gəldiyindən mərhələnin taleyi qızıl setdə həll olunub.
Həlledici setdə də inamlı oyun nümayiş etdirən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

https://qelebe.az//uploads/photo/fhn-nin-xilasedici-voleybol-komandasi-chempionlar-liqasinin-tesnifat-merhelesinde-qelebe-qazanib.webp











