Sergen Yalçının ilk sınağı: Türkiyə Belçikaya qarşı – YENİLƏNİR
ŞTürkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığma A Liqasının I qrupunun V turunda Belçika seçməsi ilə qarşılaşacaq.
İzmirdəki “Gürsel Aksel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Ay-ulduzlular" yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk matçına çıxacaq.
Türkiyə millisi keçirdiyi 4 oyunun hamısında məğlub olaraq xalsız 4-cü pillədə qərarlaşıb. Belçika isə eyni sayda qarşılaşmada 6 xal toplayaraq 3-cü sırada yer alıb.
12 noyabr
UEFA Millətlər Liqası,
A Liqası, I qrup, V tur
21:00. Türkiyə – Belçika
Hakim: Sandro Şerer (İsveçrə)
Stadion: “Gürsel Aksel”, İzmir

https://qelebe.az//uploads/photo/sergen-yalchinin-ilk-sinagi-turkiye-belchikaya-qarshi-yenilenir.webp