Qelebə.az / FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

Bu gün, 09:38

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, voleybolçular Portuqaliyada yerli “Sportinq” klubunu ilə gərgin keçən qarşılaşması “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilmiş ilk oyunda rəqib eyni hesabla qalib gəldiyindən mərhələnin taleyi qızıl setdə həll olunub.

Həlledici setdə də inamlı oyun nümayiş etdirən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Geri qayıt