"Gəncə" FIBA Avropa Kubokunda Türkiyə klubunu qəbul edəcək

"Gəncə" FIBA Avropa Kubokunda Türkiyə klubunu qəbul edəcək

"Gəncə" basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi VI tur çərçivəsində Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edəcək.

Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Gəncə" əvvəlki beş görüşün yalnız birində qələbə qazanıb. Komanda doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu 69:67 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstanın "Kolossos" (62:80) və Türkiyənin "Esenler Erokspor" (63:92) klublarına uduzub. "Rilski Sportist"lə (Bolqarıstan) qarşılaşmada isə "Gəncə"yə 0:20 hesablı texniki məğlubiyyət verilib.