“Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
İtaliyanın “Yuventus” klubu hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi “Atletiko”nun futbolçusu Aleksander Sörlotla maraqlanır.
İtaliya nəhəngi 30 yaşlı norveçli hücumçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
“Transfermarkt” portalı Sörlotun bazar dəyərini 15 milyon avro qiymətləndirir. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, norveçli forvard cari mövsüm La Liqada cəmi 93 dəqiqə meydanda olub.

https://qelebe.az//uploads/photo/yuventus-atletikonun-hucumchusunu-transfer-etmek-isteyir.webp