Merabı arxadan vurdu – 1 ilədək həbs oluna bilər
Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbs cəzası ilə üzləşə bilər.
QELEBE.AZ xəbər verir ki, buna səbəb idmançının UFC döyüşçüsü Merab Dvalişvili ilə Əbu-Dabidə baş verən insidentdə iştirak etməsidir.
“Home of Fight”ın məlumatına görə, BƏƏ-nin Cinayətlər və Cəzalar haqqında 31 saylı Federal Qanununun 390-cı maddəsinə əsasən, Nurmaqomedovu 1 ilədək həbs və ya təxminən 2700 ABŞ dolları məbləğində cərimə gözləyə bilər.
Bildirilib ki, hadisənin araşdırılması üçün Dvalişvilinin rəsmi şikayət etməsi mütləq deyil. İnsidentin videogörüntüləri də araşdırmada sübut kimi istifadə oluna bilər.
Məlumata əsasən, polis hazırda Nurmaqomedovun və hadisədə iştirak edən digər şəxslərin ifadələrini alır.
Qanunun 392-ci maddəsinə görə, üç və ya daha çox şəxsin birlikdə həyata keçirdiyi hücum cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə Usman Nurmaqomedovla Merab Dvalişvili arasında insident yaşanıb. Hadisə zamanı Usman Nurmaqomedov Meraba arxadan yaxınlaşaraq zərbə endirib.

https://qelebe.az//uploads/photo/merabi-arxadan-vurdu-1-iledek-hebs-oluna-biler.webp