Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

"Əlimizdə olan hər bir şansı dəyərləndirib xal qazanmağa çalışacağıq."

"QELEBE.AZ"un Qərb bürosunun məlumatına görə, bunu "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov Gəncə təmsilçisi ilə müqavilə imzaladıqdan sonra mətbuat konfransında bildirib.

50 yaşlı mütəxəssis komandanın 5 oyundan sonra xalsız olmasını fiziki deyil, psixoloji durumla əlaqələndirib: "Bunun üçün də zamana ehtiyac var. Düzdür, zamanımız azdır, amma çalışacağıq ki, bu problemi həll edək. Komandanı ən azı axırıncı yerdən çıxarıb, ruh yüksəkliyi yaratmalıyıq".

O bildirib ki, "Kəpəz" bunadək iddialı komandalarla qarşılaşıb: "Sadəcə. "Sabah"la oynanamışıq. Məqsəd uğurlu çıxışla xallar qazanıb turnir cədvəlində irəliləməkdir. Qarşıda bizi ağır oyunlar gözləyir. Çalışacağıq ki, həmin matçlarda uğur əldə edək".

Əhmədovun sözlərinə görə, hələlik komandaya yeni futbolçunun cəlb olunması gözlənilmir: "Bilirsiniz ki, transfer pəncərəsi bağlıdır. Azad agent tapmaq isə çətindir. Lakin rəhbərliklə komandaya hansı futbolçunu dəvət edə biləcəyimizi, gələn oyunçunun bizə nə kimi köməklik göstərəcəyini və digər məsələləri müzakirə edəcəyik".

Təcrübəli baş məşqçi komandanın uğursuz çıxışına görə azarkeşlərin klub rəhbərliyindən incik düşməsini və narazılıqlarını sosial şəbəkələrdə qeyd etmələrinə də toxunub: "Hər bir şəxsin belə yanaşması ola bilər. Gəncə futbol şəhəridir, böyük futbol ənənəsi var. Burada demək olar ki, hamı futbolla yaşayır. Böyük işlər olan yerdə fikir ayrılıqları da olur. Amma indi hammız birlikdə komanda üçün çalışmalıyıq, hər kəs bizə dəstək olmalıdır. Azarkeşlər komandanın 12-ci oyunçusudur, Gəncə futboluna hər zaman rəng qatan azarkeşlər olub. Biz artıq şəxsi fikirlərləri bir kənara qoyub birlikdə çalışmalıyıq. Bəli, tövsiyələr olmalıdır, lakin indi fikir ayrılığına yer yoxdur. Çalışacağıq ki, azarkeşlərlə də tez-tez görüşək və fikirlərini dinləyək".

Mütəxəssis "Kəpəz"in ev oyunlarını Gəncədə keçirməməsinin onlardan asılı olmadığını söyləyib: Stadion qəzalı vəziyyətdədir, təmirə ehtiyacı var. İstərdik ki, "Kəpəz" öz meydanında oynasın. Problemin həlli üçün idarə heyəti danışıqlar aparır. Amma biz Gəncədə yox, Qəbələdə oynayırıqsa, elə orada da uğurlu çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, Tərlan Əhmədov "Kəpəz"də Yaşar Vahabzadəni əvəzləyib. O, Gəncə təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Futbol
DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

Futbol
Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər