"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Oyun ərzində bizim də qol vurmaq üçün şanslarımız az olmadı. Təəssüf ki, fərqlənə bilmədik. Futzalın da öz qanunları var: yaratdığın imkandan istifadə etməlisən, yoxsa sənin torunu silkələyəcəklər".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın futzalçısı Viktor Hüqo İsveçin "Erebru" komandasına 2:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan sonra deyib.

O, matça yaxşı başladıqlarını bildirib: "Görüşə nəzarət edirdik. Topla daha çox oynayan tərəf bizim futzalçılar idi. Amma qayda pozuntusuna çox yol verdik və nəticədə birinci hissədə rəqibin 10 metrlik zərbə vurmasına şərait yaratdıq. Bu qoldan sonra bir qədər çaşqınlıq yaşadıq, oyun keyfiyyəti aşağı düşdü. Fasilədən sonra da səhvlərdən qaça bilmədik".

Qrupdan çıxmağın çətin olacağını etiraf edən hücumçu şansların davam etdiyini vurğulayıb: "Qarşıdakı hər iki oyunda qələbə qazansaq, qrup lideri olmaq imkanımız yaranacaq. Bunun üçün həm də “Erebru"nun büdrəməsi lazımdır. Hər iki oyunda qələbə qazanmaq üçün gücümüz və potensialımız var. Çətin olacaq, amma sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub