Murad Musayev: “Sabah”da cəsarət etmədiyim şeyləri sınadım”

Murad Musayev: “Sabah”da cəsarət etmədiyim şeyləri sınadım”

“Sabah”da məşqçilik baxımından “Krasnodar”da cəsarət etmədiyim şeyləri sınadım. Standart vəziyyətlərdə, hibrid sxemlərdə çoxlu yeniliklər etdim”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibəsində deyib.

38 yaşlı mütəxəssis bildirib ki, bunun üçün əvvəlcə “Krasnodar”da baş verənləri təhlil edib: “Məşq prosesinin strukturunu daha aydın şəkildə formalaşdırdım. Hansı gün nə etməli olduğumuzu dəqiqləşdirdim. Məsələn, bir müdafiəçim var ki, döyüşkəndir, yaxşı mübarizə aparır, amma adətən hücuma gecikir, üstəlik son ötürmələrdə problemi var. Onun hücuma çıxmaması üçün taktikamızı yenidən gözdən keçirdik. İndi müdafiədə 4-4-2, hücumda isə 3-2-5 şərti düzülüşü ilə oynayırıq. Çalışırıq ki, rəqibin arxadakı “dördlüy”ünü “beşimiz”lə yükləyək. Bu düzülüşə görə cinahlarda yaxşıyıq.

Rəqib “avtobusla oynayanda” belə hücumlar təsirli olur. Amma bu taktikada topla daha sürətli işləmək lazımdır. Bir və ya iki toxunuş, istiqamətləri tez-tez dəyişdirmək, aktiv hərəkətlə daxil ola biləcəyiniz sərbəst zonaları axtarmaq vacibdir”.

Rusiyalı məşqçi qeyd edib ki, ondan tez-tez Azərbaycanda inkişaf edib-etmədiyini soruşurlar: “Cavab verirəm ki, bəli, inkişaf edirəm. Bir il keçdi, sakit işləyirəm, hansı aspektdən ki, inkişaf var, onları davam etdirirəm, alınmayan şeyləri isə bir daha etməyəcəyəm.

Məsələn, əgər müəyyən bir üslubda oynamaq istəyirsənsə və uyğun oyunçuların yoxdursa, bu üslubdan yayınmamalısan, əksinə futbolçuları, onların güclü və zəif tərəflərini sxemə uyğunlaşdırmalısan. Yalnız bundan sonra iş nəticə verəcək.

Daha bir məqam: keçən qış təlim-məşq toplanışında sürət-güc işlərinin həcmini daha da artırmağa çalışdıq. Ancaq biz bunu bir az çox etdik. Bu məqamda oyunçuların imkanlarını və yükləmənin xarakterini nəzərdə saxlamaq lazımdır.

Məşqçi heyətimə daha çox məqamları həvalə etməyə başladım. İndi biz kimin müdafiəyə, kimin hücuma cavabdeh olduğunu, kimin standart vəziyyətləri, kimin nəzəriyyəni, kimin məşq və rəqəmləri təhlil etdiyini aydın başa düşürük. Bu mexanizm “Krasnodar”da da işləyirdi, amma burada daha koordinasiyalı işə nail olduq”.

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb