"Mançester Siti"dən darmadağın, PSJ "Yuventus"a qalib gəlib

"Mançester Siti"dən darmadağın, PSJ "Yuventus"a qalib gəlib

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, bütün qarşılaşmalarda qapılara 2 və daha artıq qol vurulub.

Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. "Leyptsiq" Almaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"ə böyük hesabla qalib gəlib. G qrupunda isə İngiltərənin "Mançester Siti" klubu İspaniyada "Sevilya"nı darmadağın edib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13

23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40

Xal durumu: "Dinamo" (Zaqreb) - 3. "Milan" - 1. "Zaltsburq" - 1. "Çelsi" - 0

F qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

Qollar: Məhəmməd Simakan, 57 - Maryan Şved, 16; 58. Mixail Mudrik, 76. Lassina Traore, 85

23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: Vinisius Junior, 56. Luka Modriç, 60. Eden Azar, 77

Xal durumu: "Şaxtyor" (Donetsk) - 3. "Real Madrid" - 3. "Leyptsiq" - 0. "Seltik" - 0

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83

23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: Erlinq Holann, 20; 67. Fil Foden, 58. Ruben Diaş, 90+2

Xal durumu: "Mançester Siti" - 3. "Borussiya" (Dortmund) - 3. "Kopenhagen" - 0. "Sevilya" - 0

H qrupu

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe, 6; 22 - Ueston Makkenni, 53

23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54

Xal durumu:  "Benfika" - 3. PSJ - 3. "Yuventus" - 0. "Makkabi" (Hayfa) - 0

22:42

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

G qrupu

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, gecənin digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Futbol
"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub