Batumidəki insident Türkiyə klublarını birləşdirdi – “Beşiktaş”a dəstək

Batumidəki insident Türkiyə klublarını birləşdirdi – “Beşiktaş”a dəstək

Türkiyənin “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor” klubları “Beşiktaş”a dəstək bəyanatı yayıblar.

Apasport.az xəbər verir ki, buna UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” (İsrail) qarşılaşmasında yaşanan insident səbəb olub.

Hər üç klub Gürcüstan polisinin İstanbul təmsilçisinin azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etməsini pisləyib, xəsarət alan futbolsevərlərə şəfa diləyib.

Klublar, həmçinin Türkiyə təmsilçilərinin İsrail komandaları ilə ev oyunlarını neytral meydanda keçirməsinə etiraz edərək UEFA-nı bu məsələdə ikili standartlara son qoymağa çağırıblar.

Xatırladaq ki, qarşılaşma zamanı Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi dəyənək və bibər qazı ilə müdaxilə edib. Tribunalarda yaranan gərginlik səbəbindən matçın 27-ci dəqiqəsində hakimlər və futbolçular meydanı tərk ediblər. Qarşılaşma təxminən 35 dəqiqəlik fasilədən sonra bərpa olunub.