FIFA kiberhücuma məruz qaldı – Məxfi məlumatlar ələ keçirildi
FIFA kiberhücuma məruz qalıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında məlumat verib.
Bildirilib ki, hakerlər təşkilatın şəxsi və kommersiya xarakterli məlumatlarının bir hissəsinə qanunsuz giriş əldə ediblər.
Hücuma görə məsuliyyəti “Handsome Boy Hacking Club” adlı haker qrupu üzərinə götürüb. Qruplaşma şəxsiyyəti təsdiq edən sənədlər, miqrasiya qeydləri, maliyyə məlumatları və hüquqi sənədlər də daxil olmaqla, 12 giqabaytdan çox məlumatı ələ keçirdiyini iddia edib.
FIFA hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Qurum sızdırıldığı iddia olunan məlumatların həcmini və tam məzmununu ictimaiyyətlə bölüşməyib.

https://qelebe.az//uploads/photo/fifa-kiberhucuma-meruz-qaldi-mexfi-melumatlar-ele-kechirildi.webp