Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib - FOTO

Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib - FOTO

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib.

APA xəbər verir ki, Litva XİN rəhbəri bu barədə “X” hesabında bildirib.

Nazirin sözlərinə görə, bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, o, daha maraqlı bir vasitə – futbolla da həyata keçirilə bilər.

“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskasa Litvanın “Diplomatiya ulduzu” mükafatını təqdim etməkdən qürur duyuruq. O, Çempionlar Liqasında bir komandaya rəhbərlik edən ilk litvalı məşqçidir.

Fədakarlığınıza, zəhmətinizə və Litvanı dünya futbol ictimaiyyətində tanıtdığınıza görə təşəkkür edirik”, - Budris yazıb.

Qeyd edək ki, ötən gün Litva XİN rəhbəri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını Bakı Olimpiya Stadionunda izləyib. "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək