Dursun Özbəkdən iddialı açıqlama: Hədəf beşinci çempionluqdur

Dursun Özbəkdən iddialı açıqlama: Hədəf beşinci çempionluqdur

“Bu mövsüm ardıcıl beşinci çempionluğumuzu hədəfləyirik. Eyni zamanda, Çempionlar Liqasında da “Qalatasaray”a yaraşan mübarizə nümayiş etdiririk”.

QELEBE.AZ xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbək bu fikirləri “Qalatasaray”lı İş Adamları Dərnəyinin (GSYİAD) təşkil etdiyi mükafatlandırma mərasimində səsləndirib.

Klub rəhbəri komandanın mövsümdəki hədəflərindən danışıb:

“Xüsusilə son oyunlarımızda necə bir klub olduğumuzu, futbolçularımızın komandaya nə qədər bağlı olduqlarını hamımız gördük. Azarkeşlərimizin də klubumuzu nə qədər sevdiklərinin və dəstəklədiklərinin şahidi oluruq.

Rəhbərlik olaraq vəzifəyə gəldiyimiz gündən “Qalatasaray”ı daha yüksəklərə daşımaq, daha böyük uğurlara imza atmaq üçün çalışırıq. Həm Çempionlar Liqasında, həm də ölkə çempionatında ardıcıl beşinci çempionluğa gedən yolda əlimizdən gələnin ən yaxşısını edəcəyimizə heç kimin şübhəsi olmasın.

Bu yolda ən böyük ehtiyacımız sizin dəstəyiniz və bizə inanmağınızdır. Sizi əmin edirəm ki, mən və həmkarlarım “Qalatasaray”a xidmət etmək üçün əlimizdən gələni edirik. Uğurlarımızda sizin də böyük payınız var. Hər zaman yanımızda olun, bizi dəstəkləyin. Çempionluqlarımıza və uğurlarımıza birlikdə sevinək”.