Ayxan Abbasov: “Qrup liderliyi üçün qalib gəlməliyik”

Ayxan Abbasov: “Qrup liderliyi üçün qalib gəlməliyik”

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyn yığması ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, oyunöncəsi mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:

“Bu il UEFA Millətlər Liqasında sonuncu qarşılaşmamızı keçirəcəyik. Ardınca isə Andorra yığması ilə yoldaşlıq oyunumuz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteyn üzərində mütləq qələbə qazanmalıyıq. Rəqibin oyun üslubunu yaxşı tanıyırıq. Bakıda baş tutan görüşdə onlarla heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar.

Komandamız qarşılaşmaya tam hazırdır və futbolçular arasında əhval-ruhiyyə yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir, oyunçularımız da yaxşı formadadırlar. İnanıram ki, sabah meydandan istədiyimiz nəticə ilə ayrılacağıq”.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.