Karateçilərimiz “Tbilisi Open 2026” turnirində iştirak edəcək
Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçiləri beynəlxalq turnirdə mübarizə aparacaqlar.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan Karate Federasiyasının komandası noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Tbilisi Open 2026” turnirində iştirak edəcək.
Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə isə turnirdə hakim qismində fəaliyyət göstərəcəklər.

https://qelebe.az//uploads/photo/karatechilerimiz-tbilisi-open-2026-turnirinde-ishtirak-edecek.webp