Boksçumuz Avropa yığmasının heyətində döyüşəcək

Boksçumuz Avropa yığmasının heyətində döyüşəcək

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.

Apasport.az xəbər verir ki, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.

+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.

Bu gün Macarıstana yollanan boksçumuz və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.