Ayxan Abbasov: "Mövsümün ikinci yarısına tam hazır deyilik"

Ayxan Abbasov: "Mövsümün ikinci yarısına tam hazır deyilik"

"Mövsümün ikinci yarısına tam hazır deyilik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərindəki təlim məşq toplanışında Qazaxıstanın "Jetısu" klubuna 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra PFL-in rəsmi yutub kanalına açıqlamasında deyib.

Türkiyənin Antalya şəhərində keçirdikləri təlim-məşq toplanışını dəyərləndirən 42 yaşlı mütəxəssis bildirib ki, kiçik zədələrdən sonra oyunlarda ağırlıq hiss olunurdu: "İnanıram ki, çempionatdakı iki turdan sonra hər şey qaydasına düşəcək. Adətən fasilədən sonra ilk matçlar çətin olur. Komandada rəqabət var. Bu, bizi sevindirir. Getdikcə daha yaxşı oynayacağıq".

Abbasovun sözlərinə görə, budəfəki hazırlıq prosesi qısa olsa da, toplanışdan maksimum istifadə ediblər: "Çalışdıq ki, futbolçular yenidən əvvəlki tempə öyrəşsinlər. İlk yoxlama matçımız çətin keçdi. Bəzi futbolçulara bir az çox istirahət vermişdik. İlk maçda oynamadılar. Amma vaxt keçdikcə istədiyimiz tempə çata bildik. Bu gün bəzi oyunçularımız 90 dəqiqə meydanda qaldı. Bu da normaldır. Gələn həftə bizi "Qarabağ"la ağır oyun gözləyir. Digər oyunçularımızı dünən ikitərəfli matçda sınamışdıq. Yalnız Cavid Tağıyevin yüngül zədəsi var. Ümumi götürsək, futbolçularımızdan istədiyimiz nəticələri ala bildik".

O, yeni transfer Denis Marandiçin çıxışına da toxunub: "Əzmkarlığı xoşumuza gəlir. Əvvəlki klubunda az oynadığı üçün futbol üçün darıxıb. Ona inanırıq. Ən xoş olan odur ki, qısa zamanda kollektivə uyğunlaşdı. Oyun planında bu sistemdə çıxış etmək Marandiçə yad deyil. Milli komandada bu sistemdə oynayıb. Məncə, yoxlama görüşlərində pis təsir bağışlamadı. Amma çempionat oyunların ona bir az ağır olacaq. 1-2 turdan sonra ideal formasına düşəcək".

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Futbol
Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"