Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

"Başqa təkliflər də almışdım. Biri digər yığmadan, ikisi isə İtaliya klublarından idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi müqaviləsinin müddətini uzatması ilə bağlı "Tribalfootball" nəşrinə açıqlamasında deyib.

66 yaşlı mütəxəssis 2024-cü il Avropa çempionatının seçmə mərhələsi ərəfəsində komandada işləməyə davam etmək istədiyini bildirib: "Püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-da da başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum dönəm seçmə mərhələdə çətin qrupa düşmüşdük. Lakin final mərhələsinə vəsiqə qazanmışdıq. Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Lakin buna nail olmaq çox çətin olacaq".

Azərbaycan millisi üçün bütün matçların çətin keçdiyini söyləyən italiyalı baş məşqçi Estoniyadan başqa qrupdakı digər rəqiblər haqqında danışıb: "Belçika böyük ulduz futbolçuları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan kollektivdir. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriya kollektivi təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər futbolçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

De Byazi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığı vurğulayıb: "Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü futbolçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçuların sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və klublar əsas heyətdə 7 legionerlə meydana çıxır. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük, 2000-2001-ci il təvəllüdlü çoxlu gənc futbolçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər".

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir