“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

QELEBE.AZ saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsində II dövrəyə start verib.

Ağdam klubu IV turda “Olimpiakos”u qəbul edib. Qarşılaşma “Qarabağ”ın üstünlüyü ilə keçib.

Ardıcıl hücumlar təşkil edən ağdamlılar Ellada təmsilçisinin müqavimətini qırmaqda çətinlik çəkib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

“Qarabağ” bununla da ardıcıl 3-cü quru oyununu keçirib. Təmsilçimiz bunadək evdə “Nant”, səfərdə “Olimpiakos”u eyni – 3:0 hesabı ilə üstələyib.

Turun digər görüşü Fransada keçirilib. Qrupun lideri “Frayburq” səfərdə “Nant”la qarşılaşıb. Almaniya klubu qrupda ardıcıl 4-cü qələbəsini qazanıb – 4:0.

Qeyd edək ki, növbəti turun matçları oktyabrın 27-də keçiriləcək. “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq, “Frayburq” Almaniyada “Olimpiakos”u sınağa çəkəcək.

Avropa Liqası
Qrup mərhələsi, IV tur
G qrupu, 13 oktyabr
23:00. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) - 0:0
Baş hakim:
Kreyq Pauson (İngiltərə)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 7. Riçard Almeyda, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 6. Julio Romao, 27. Toral Bayramov, 19. Filip Ozobiç, 81. Kevin Medinaiç, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov
“Olimpiakos”: 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis (k), 8. Pyer Kunde, 18. Hvan Ui Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 74. Andreas-Rixardos Ntoi, 47. Abubakar Kamara
Ehtiyat oyunçular: 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 19. Yorqos Masuras, 20. Coş Bouler, 6. Yan Mvila, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges, 24. Usseynu Ba, 80. Anastasios Sapuntsis
Baş məşqçi: Miçel Qonsales
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Frayburq

4

4

0

0

11-1

12

2

Qarabağ

4

2

1

1

7-2

7

3

Nant

4

1

1

3

2-10

4

4

Olimpiakos

4

0

0

3

1-8

0

Futbol
UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb