Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

"Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik".

"QELEBE.AZ"un məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Emreli İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra deyib.

25 yaşlı hücumçu artıq bunun keçmişdə qaldığını bildirib: "Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik".

Emreli London təmsilçisi ilə görüşün çətin keçdiyini söyləyib: "Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq. Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Forvard Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: "Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. "Çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".

Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Çempionlar Liqası: "Barselona" "İnter"lə, "Napoli" "Ayaks"la qarşılaşacaq

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər