“Beşiktaş” “Fənər”i məğlub etdi

“Beşiktaş” “Fənər”i məğlub etdi

Türkiyə Basketbol Liqasının final mərhələsi davam edir.

QELEBE.AZ xəbər verir ki, ilk 2 oyunu qələbə ilə başa vuran "Fənərbaxça Beko" səfərdə "Beşiktaş"la qarşılaşıb.

Ev sahibi komanda rəqibini 98:77 hesabı ilə məğlub etməyi bacarıb.

Bu qələbə ilə “qara qartallar” seriyada hesabı 2:1 ediblər.

Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.