Türkiyə Basketbol Liqasının final mərhələsi davam edir.
QELEBE.AZ xəbər verir ki, ilk 2 oyunu qələbə ilə başa vuran "Fənərbaxça Beko" səfərdə "Beşiktaş"la qarşılaşıb.
Ev sahibi komanda rəqibini 98:77 hesabı ilə məğlub etməyi bacarıb.
Bu qələbə ilə “qara qartallar” seriyada hesabı 2:1 ediblər.
Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.