Bölgə klubunda yeni təyinat

Bölgə klubunda yeni təyinat

“Xankəndi” futbol klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.

QELEBE.AZ xəbər verir ki, bölgə təmsilçisinin Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb.

Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.

Onun rəhbərliyi ilə Müşahidə Şurasının klubun dayanıqlı inkişafı, peşəkar idarəetmə modelinin formalaşdırılması və “Xankəndi”nin Azərbaycan futbolunda mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyi bildirilib.