“Barselona”dan “Liverpul”a - RƏSMİ
İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Barselona”nın müdafiəçisi Ronald Arauxonu icarəyə götürüb.
Uruqvaylı futbolçu 2026/27 mövsümünün sonuna qədər “Liverpul”da çıxış edəcək. Keçid iş icazəsinin alınması və beynəlxalq qeydiyyat prosedurlarının tamamlanmasından sonra rəsmiləşəcək.
“Liverpul”un açıqlamasında tərəflər arasında mövsümün sonuna qədər icarə müqaviləsi ilə bağlı razılığın əldə olunduğu bildirilib.
Qeyd edək ki, 27 yaşlı Arauxo 2018-ci ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubu ilə 3 dəfə La Liqa, 2 dəfə İspaniya Kuboku və 3 dəfə İspaniya Superkubokunun qalibi olub.

https://qelebe.az//uploads/photo/barselonadan-liverpula-resmi.webp