Elçin Məmmədov Gürcüstanda səfərdə olub
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə "İberiya" klubunun nümayəndələri ilə görüşüb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.
UEFA tərəfindən Tbilisiyə ezam olunan E.Məmmədov ötən mövsüm Gürcüstan çempionu olan "İberia" klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027 mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.

https://qelebe.az//uploads/photo/elchin-memmedov-gurcustanda-seferde-olub.webp