“Milan”dan Paredes üçün təklif
“Milan” “Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredeslə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
İtaliya klubu yay transfer pəncərəsi bağlanana qədər mərkəz xəttini gücləndirmək niyyətindədir. Bunun üçün “rossonerilər” əvvəlcə argentinalı futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmalıdır.
Bundan başqa, 32 yaşlı yarımmüdafiəçinin keçidi “Milan”ın bir neçə futbolçunu satmasından sonra mümkün olacaq.
Qeyd edək ki, Leandro Paredes “Boka Xuniors”un heyətində 42 oyuna çıxıb. O, bu matçlarda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/milandan-paredes-uchun-teklif.webp