DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
"Sky Sports" 2026-cı il dünya çempionatının ən yaxşı 10 futbolçusunun reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir. 39 yaşlı ulduz 100 xalla birinci olub.
İkinci pillədə Fransa millisinin hücumçusu Kilian Mbappe (97,69 xal), üçüncü sırada isə İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem (91,54 xal) qərarlaşıb.
İlk "10-luq"da İspaniya millisindən beş futbolçu yer alıb. Bunlar Unai Simon, Pedro Porro, Mikel Oyarzabal, Emerik Laport və Pau Kubarsidir.
Sky Sports-un DÇ-2026 üzrə ən yaxşı 10 futbolçusu:
Lionel Messi (Argentina) – 100 xal
Kilian Mbappe (Fransa) – 97,69 xal
Cud Bellinqem (İngiltərə) – 91,54 xal
Usman Dembele (Fransa) – 90,94 xal
Unai Simon (İspaniya) – 88,48 xal
Erlinq Haaland (Norveç) – 88,40 xal
Pedro Porro (İspaniya) – 85,65 xal
Mikel Oyarzabal (İspaniya) – 85,11 xal
Emerik Laport (İspaniya) – 83,66 xal
Pau Kubarsi (İspaniya) – 83,27 xal

https://qelebe.az//uploads/photo/dch-2026-nin-en-yaxshilari-achiqlandi-messi-zirvede-ilk-quot10-luqquotda-5-ispaniyali.webp