Azərbaycan çempionu: “Yarış mənim üçün uğurlu keçmədi”

Azərbaycan çempionu: “Yarış mənim üçün uğurlu keçmədi”

“Əslində yarış mənim üçün uğurlu keçmədi. Sonda çempionluq qazansam da, tam ürəyimcə olmadı”.

“Report” xəbər verir ki, bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi olan Gövhər Beydullayeva federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

20 yaşlı qrossmeyster birinci yeri tutduğu Azərbaycan çempionatının səviyyəsini yüksək qiymətləndirib: “Ölkə çempionatı güclü yarış idi. Turnirdə iştirak edən altı qrossmeyster, o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdilər. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. Dostlarım da dəstək verdilər. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldu. Aydın yazmışdı ki, sən bunu bacaracaqsan. Hər ikisinə təşəkkür edirəm”.

Ardıcıl iki dəfə bu titula yiyələnən Beydullayeva bu yarışlar arasında müqayisə aparıb: “Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindir. Bəlkə də, builki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı”.

O, çempionatda üz-üzə gəldiyi rəqiblərin güclü şahmatçılar olduğunu sözlərinə əlavə edib: “Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdilər. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar”.

Şahmatçı rəqibləri arasında onu ən çox Nərmin Abdinovanın təəccübləndiyini deyib: “Yaxşı şahmatçı olduğunu bilirdim. Amma çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq, çox çətinlik çəkdim. Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı”.

Martda keçiriləcək şəxsi Avropa çempionatına qatılacaq Gövhər Beydullayeva mükafatçılar sırasına düşməyi hədəfləyir: “Avropa çempionatında həm də Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə olacaq. Amma Dünya Kubokunda iştirakım dəqiqləşib. 20 yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla Dünya Kubokuna vəsiqə qazanmışam. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Avropa çempionatında çalışacağam ki, reytinqimi artırım və mükafatçılar sırasında yer alım”.

2022-ci ilin oktyabrında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında birinci yeri tutan qrossmeyster həmin turnirin onun həyatında ciddi dəyişikliyə səbəb olmadığını vurğulayıb: “Bu qədər diqqət olacağını gözləmirdim. Bakıya qayıtdıqdan sonra bir həftə, demək olar ki, bütün televiziya kanallarında qonaq oldum. Mənə göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. Ciddi dəyişiklik olduğunu deməzdim. Sadəcə, bəzən küçədə tanıyırlar, şəkil çəkdirirlər”.

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"