PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
Peşəkar Futbol Liqası (PFL) Dünya Liqaları Assosiasiyasının illik konfransına qatılıb.
QELEBE.AZ xəbər verir ki, noyabrın 11-13-də Çexiyanın paytaxtı Praqada keçirilən tədbirdə dünyanın müxtəlif qitələrindən 50-dən çox liqanın nümayəndəsi iştirak edib.
Bu il Assosiasiyanın yaradılmasının 10 illiyinə həsr olunan konfransda Azərbaycanı PFL-in prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.
Tədbir çərçivəsində futbol sənayesi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub. PFL qəbul edilən qərarlarda tamhüquqlu üzv kimi iştirak edib. Həmçinin İtaliya A Seriyasının icraçı direktoru Luici De Siervo növbəti dörd il müddətinə Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif liqaların təmsilçiləri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Tədbirin sonunda PFL adından Assosiasiyanın baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.

https://qelebe.az//uploads/photo/pfl-resmileri-dunya-liqalari-assosiasiyasinin-illik-konfransinda-ishtirak-edibler.webp